Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Həmin küçələr aşağıdakılardır:
Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;
Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;
Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.