Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Nazirdən izah
“Monitorinqlərdə yeni sual növlərindən istifadə edirik və çalışırıq ki, tətbiq etdiyimiz sual formatları növbəti nəsli yeni tip imtahanlara hazırlamış olsun. Bu sualların bir qismini saxlayıb növbəti illərdə də istifadə etməyi düşünürük”.
bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Trend-ə, APA-ya və “Xəzər Tv”yə birgə müsahibəsində deyib.