Bunu edən sürücülər 40 manat cərimə olunacaqlar (XƏBƏRDARLIQ)
Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.