Astaranın 4 kəndində yanğın davam edir
Astaranın 4 kəndində yanğın davam edir.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.