Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcıkda olan və 10 vilayətdə hiss edilən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD-ın qərargahında açıqlama verib.
Marja xəbər verir ki, Prezident Ərdoğan, "İndiyə qədər 912 vətəndaşımız həyatını itirib. 2 min 470 nəfər xilas edilib. Dağıldığı müəyyən edilən binaların sayı isə 2 min 818-dir" deyib.