Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir. FED.az xəbər verir ki, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.
İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balın toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3 338 müəllim iştirak edib.
Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub. FED.az xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib. O qeyd edib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.
“NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyə lideri iyulun 4-də Azərbaycana bir günlük səfərə gələcək. Ərdoğanın Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılması gözlənilir.
Avropa və Mərkəzi Asiya şəhərləri davamlı şəkildə temperatur artımı ilə üzləşir və bu artım yaxın onilliklərdə istilərlə bağlı ölüm hallarının üç dəfə artmasına və 2050-ci ilə qədər regionun illik ÜDM-nin 2,5 % azalmasına səbəb ola bilər.
“ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib və atəşkəsin pozulmasından sonra İrana zərbə endirməməyi xahiş edib. Netanyahu isə hücumun miqyasını azaldıb”. “Qafqazinfo” xəbər verir ki, bunu adı açıqlanmayan israilli məmur “Axios” portalının jurnalisti Barak Ravidə bildirib.
Bu ilin 23 aprelində Pekində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.
İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Məktəbli formalarının dəyişəcəyi Nazirlər Kabinetinin qərarı ilə olur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı qərar yoxdur: “Mərkəzləşmiş formada dəyişiklik nəzərdə tutulmayıb”.
ABŞ səlahiyyətliləri İranın əks-hücum riskini yüksək qiymətləndirir və yaxın günlərdə güclü cavab veriləcəyini gözləyir. “Qafqazinfo” xəbər verir ki, bunu “Reuters”ə ABŞ rəsmisi bildirib. “İranın əks hücumu yaxında və ya iki gün ərzində baş verə bilər”, - məlumatda deyilir.