Sadələşdirilmiş vergi ödəyiciləri üçün pis xəbər - 200 MİN MANATLIQ LİMİT AZALDILACAQ
Azərbaycanın vergi qanunvericiliyinə görə, bir sıra istisna hallar xaric, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Dövlət Vergi Xidməti 200.000 manatlıq limiti daha da azaltmağı planlaşdırır.