Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı inflyasiyanı cilovlamaq məqsədi daşıyır. Ötən il AMB bu məqsədlə uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,25%-ə, bu il isə 25 baza bəndi artıraraq 8,50%-ə çatdırıb. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.