Müəllimlərin maaşına nə qədər əlavə ediləcək – AÇIQLAMA
Təhsil eksperti, professor Şahlar Əsgərov bildirib ki, bu məsələnin nəzəri, praktiki və mənəvi tərəfləri var:
“Əgər məsələyə nəzəri tərəfdən baxsaq, müəllimlər məmurlardan fərqli olaraq dərs dediyi saatlardan əlavə də işlə məşğul olur. Ona görə də müəllimlərin maaşı orta sənaye işçsilərinin maaşından iki dəfə artıq olmalıdır. Bu gün Bakıda orta sənaye işçisinin maaşı təxminən 500 manatdır.