“İndiyə qədər növbətçi hissələrə dağıntı, yaxud xoşagəlməz halla bağlı məlumat daxil olmayıb”. “Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılı
“Bu gün baş verən zəlzələ Azərbaycanda iyul ayının 4-də baş verən yerdə və eyni dərinlikdə baş verib”. “Qafqazinfo” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Eyni yerdə qırılmalar olub. Bu, gözlənilən zəlzələ idi. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb”.
Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bildirilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub. Bu barədə “Qafqazinfo”ya sığınacaqdan məlumat verilib. Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur:
“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər təmamilə yalandır”. Bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. “Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna
Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
43,7 milyard manat qazanıb, 42,3 milyard manat xərcləyib. SOCAR-ın xalis mənfəəti 3,3 dəfə, gəlirləri 30 faiz azalıb.
Beynəlxalq kredit reytinq agentliyi "Moody's" 2024-cü ildə qlobal bankların proqnozlarına mənfi təzyiqlərin artacağına diqqət çəkib.
“iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.
Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə çoxlu yeni maraqlı layihələrin olacağını açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xarici ölkələrin səfirlərinin, o cümlədən Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiçin etimadnaməsini təqdim etmə mərasimində deyib.